Yeni transfer fərqləndi, AZAL Superliqa komandasını məğlub etdi

00:33 - 21 İyul 2014

Komanda hazırlıqlarını davam etdirir
 
Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən AZAL PFK bu gün növbəti yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, "təyyarəçilər" Gerede bölgəsində yerləşən “Dorukkaya” otelinin meydançasında yeni mövsümdən Türkiyə Super Liqasında mübarizə aparacaq “Mersin İdman Yurdu” ilə üz-üzə gəlib.

Qarşılıqla hücumlar şəraitində keçən görüşdə AZAL əzmkar qələbə qazanıb. Hərçənd ilk yarıda ələ düşən imkanlardan faydalana bilməyən təmsilçimiz fasiləyə yenik durumda yollanıb. Rəqib hissənin sonlarında hesabı açıb. Amma ruhdan düşməyən “təyyarəçilər” ikinci yarıda oyunda dönüş yarada bilib. Əvvəlcə 78-ci dəqiqədə Rəşad Abdullayev penaltidən hesabı bərabərləşdirib. 85-ci dəqiqədə isə Təmkin Xəlilzadə baxışda olan Con Enrike Kordoba ilə divar paslaşmasından sonra uzaqdan baxımlı qola imza atıb.
 
Beləliklə, AZAL 2:1 hesabı ilə qalib gəlib.
 
Qeydedək ki, AZAL növbəti yoxlama oyununu iyulun 23-də keçirəcək və rəqib Türkiyə Superliqasının yeni təmsilçisi “Belıkesirspor” olacaq.

Xəbər xətti