Sloveniyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" növbəti sınaq matçına sabah çıxacaq.
Sportal.az xəbər verir ki, təmsimlçimizin rəqibi Serbiyanın "Rad" klubu olacaq.
Qeyd edək ki, "Xəzər Lənkəran" Sloveniyada artıq iki oyun keçirib. Oğuz Çətinin yetirmələri Ukrayna "Karpatı"sına 2:1, Latviya "Yurmala"sına 3:1 hesabı ilə qalib gəlib.