Torres "Atletiko"ya

14:10 - 21 İyul 2014

Fernando geri dönür
 
Son İspaniya çempionu "Atletiko" keçmiş futbolçusu Fernando Torresi yenidən heyətinə qatmaq istəyir. 
 
Sportal.az xəbər verir ki, bu yay hər üç əsas hücumçusu David Vilya, Adrian Lopes və Dieqo Kostanı başqa klublara göndərən paytaxt klubu hücum xəttini möhkəmləndirmək üçün ispan forvardı geri qaytarmağı düşünür.
 
Artıq "Çelsi"lə danışıqlara da start verilib. "Zadəganlar" hücumçunu 13 milyon funt sterlinq qarşılığında satmağa razıdı. La Liqa təmsilçisi isə qiyməti aşağı salmağa çalışır.Məsələyə qarşıdakı günlərdə aydınlıq gələcək.

Xəbər xətti