SOCAR-dan "Qalatasaray" məsələsinə rəsmi münasibət

14:28 - 21 İyul 2014

"Bizim gündəmimizdə belə bir məsələ yoxdur"
 
Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Qalatasaray" klubuna forma sponsorluğuna dair razılığı gəldiklərinə dair xəbərlərə münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev Sportnet.az-a açıqlama verib.

Quliyev Türkiyə mətbuatının yazdıqlarını təkzib edib: "Mən bilmirəm bu cür xəbərlər haradan qaynaqlanır. Bizim gündəmimizdə belə bir məsələ yoxdur".  

Qeyd edək ki, qardaş ölkə KİV-i "Qalatasaray"ın yeni mövsümdən formasında SOCAR-ın reklam edəcəyinə dair xəbər yayıb. Hətta Azərbaycan şirkətinin bir illik reklam üçün "sarı-qırmızılar"a 20 milyon avro ödəniləcəyi vurğulanıb.

Xəbər xətti