Lukas Leiva İtaliyada
“Liverpul”un braziliyalı futbolçusu Lukas Leiva karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə “Napoli” yaxından maraqlanır.
Qeyd edək ki, Emre Can transferi və Joe Allenin komandaya qayıtması ilə birlikdə yarımmüdafiə xəttində dəyişiklik edən “Liverpul”da baş məşqçi Brendan Rocersin Leivanı heyətində görmək istəmədiyi bildirilir.
saytlarin hazirlanmasi