FİFA daha bir yenilik etməyə hazırlaşır

01:16 - 22 İyul 2014

Daha bir dəyişiklik hüququ
 
FİFA yeni qərar qəbul etməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, dünyanın ali futbol qurumu oyundan sonra əlavə hissələrdə dördüncü oyunçu dəyişikliyi barədə qərarı təsdiqləyəcək. Bu qərarın vacibliyi mundial zamanı öz təsdiqini tapıb.

Oyunun əsas vaxtında (90 dəqiqə) komandalara 3 dəyişiklik hüququ veriləcək. Əgər oyun əlavə hissələrə qalarsa (30 dəqiqə), komandalara daha bir dəyişiklik hüququ veriləcək.

Xatırladaq ki, son mundialda qolun təyin olunması sistemi və tez yox olan sprey kimi yeniliklər tətbiq olunub.

Xəbər xətti