Azərbaycan klubları ilə yanaşı, hakimlərimiz də avrokuboklarda öz bacarıqlarını göstərirlər.
Sportal.az xəbər verir ki, bu gün bir hakimimiz iş başında olacaq.
Söhbət perspektivinə böyük ümidlər bəslənilən gənc Əliyar Ağayevdən gedir. FİFA referisi Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Aktobe” – “Dinamo” oyununu idarə edəcək.