"Komandamız da bu gün göstərəcəyi oyun və qazanacağı qələbə ilə sizləri sevindirəcək"
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür.
Sportal.az xəbər verir ki, buna “Qarabağ” klubunun idman direktoru Əmrah Çəlikəl də biganə qalmayıb. Əmrah bəy şəxsi “facebook” səhifəsindən qələm əhlin təbrik edib:
"Milli Mətbuat günü münasibətiylə bütün mətbuat nümayəndələrini, dostlarımı təbrik edirəm. Sizlər inkişafı ilə bütün dünyanın diqqətini üzərində saxlayan Azərbaycanımızın üzlərisiniz. İnşAllah komandamız da bu gün göstərəcəyi oyun və qazanacağı qələbə ilə sizləri sevindirəcək. İşlərinizdə uğurlar”.
saytlarin hazirlanmasi