Oğuz Çətin Lənkərandakı həyatdan danışdı
“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin məşhur “Əl-Cəzirə” telekanalına müsahibə verib.
Sportal.az xəbər verir ki, müsahibə zamanı Çətin Lənkərandakı həyat tərzi və futbolçuların qazancından danışıb:
"Lənkəran İranla sərhəddə yerləşir. Həyat tərzi bir qədər fərqlidir. Məsələn, futbolçuların istirahətini səmərəli keçirmələri üçün məkanlar azdır. Bu isə bəzi çətinliklər yaradır. Amma iqlim əladır. Lənkəranda hər şey yetişir. Biz də futbolçularına asudə vaxtlarını daha səmərəli keçirmık üçün bəzi planlar hazırlayırıq. Amma maddi baxımdan hər şey superdi. “Xəzər Lənkəran”ın futbolçuları digər klubların futbolçularından daha çox pul qazanır”.
saytlarin hazirlanmasi