Əliyar Ağayav 7 futbolçunu cəzalandırdı

00:53 - 24 İyul 2014

Hakimlərimiz nə ilə yadda qaldı?
 
Azərbaycanlı hakimlər avrokuboklarda növbəti oyunlarını idarə ediblər.
 
Sportal.az xəbər verir ki, Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan "Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tiflis, Gürcüstan) matçında ədaləti qoruyub.

Oyun Qazaxıstan klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan "Aktobe" mərhələ adlayıb.

Əliyar Ağayev 7 futbolçuya sarı vərəqə göstərib. Bunlardan 2-si  "Aktobe", qalan 5-i isə "Dinamo"nun futbolçularına göstərilib.

Qeyd edək ki, Əliyar Ağayevə Zeynal Zeynalovla Namiq Hüseynov yardım edib. Matçın dördüncü hakimi Rauf Cabbarov olub.

Xəbər xətti