Braziliyalı "Milan"ı tərk edir

13:45 - 24 İyul 2014

Robinyo ölkəsinə qayıdır
 
“Milan”ın braziliyalı futbolçusu Robinyo karyerasını ölkəsində davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, bunu ulduz futbolçunun meneceri deyib. O, 30 yaşlı hücumçu üçün iki klubdan təklif aldıqlarını deyib:
 
“Görüşdüyümüz bəzi klublar var. Hazırda bunları dəyərləndirmə mərhələsindəyik.  Futbolçumun qazanacağı illik maaş bizim üçün çox əhəmiyyətlidir. Ancaq klubların mövqeyi və hədəfləri də nəzərə alınır”. 

Xəbər xətti