Valter Samuel rəsmən İsveçrə klubunda
“İnter”lə müqaviləsi başa çatan Valter Samuelin yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, 36 yaşlı müdafiəçi karyerasını İsveçrədə davam etdirəcək. Samuel “Bazel”ə transfer olunub. Təcrübəli futbolçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2005-2014-cü illər ərzində “İnter” forması geyinən Valter Samuel 200-dən çox rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi