Sportal.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısına məlumat verildi ki, 70 minə yaxın tamaşaçı tutumuna malik stadion müasir memarlıq üslubu ilə seçiləcək və bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Beynəlxalq standartlar əsasında tikilən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Əsas və köməkçi stadionlardan və mexaniki binadan ibarət olacaq bu idman qurğusunda VIP, CIP, media, habelə əlil tamaşaçılar üçün bölmələr nəzərdə tutulub.