"Xəzər Lənkəran" Gürcüstan təmsilçisi ilə bacarmadı

15:50 - 24 İyul 2014

Cənub təmsilçisi qələbəni əldən verdi
 
"Xəzər Lənkəran"ın əvəzedici komandası Gürcüstan toplanışı çərçivəsində ikinci yoxlama matçını keçirib.
 
Sportal.az xəbər verir ki, Elbrus Məmmədovun komandası qonşu ölkənin 1-ci liqa təmsilçisi "STU" komandası ilə qarşılaşıb.

Oyunun fasiləsinə az qalmış yeni transfer Nurxan Mənsimzadənin qolu "Xəzər Lənkəran"ı hesabda irəli çıxarıb. Lakin 60-cı dəqiqədə yerli komandanın futbolçuları bərabərlik qolunu vurublar və matç 1:1 hesabı ilə yekunlaşıb.

Xəbər xətti