İtaliya nəhəngi heyətini gücləndirir
“Sauthempton”un hücumçusu Pablo Osvaldo “İnter”ə keçə bilər.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu İtaliya klubuyla şəxsi müqaviləsini razılaşdırıb. Bu barədə La Gazzetta dello Sport məlumat yayıb. Böyük ehtimalla Milan klubu Osvaldonu icarəyə götürəcək.
Qeyd edək ki, “Sauthempton” forvarddan narazıdır və onun komandanı tərk etməsinə çalışır. Ötən ilin yayında 15 milyon avro müqabilində İngiltərə klubuna keçən Osvaldo keçən mövsümün ikinci hissəsini icarə əsasında “Yuventus”da keçirib.
saytlarin hazirlanmasi