Bakı klubundan növbəti transfer FOTO

00:10 - 25 İyul 2014

Tomi rəsmən AZAL-da
 
Yeni mövsümə hazırlıqlarını Boluda davam etdirən AZAL heyəti gücləndirmək yolunda daha bir addım atıb.
 
Sportal.az xəbər verir ki, paytaxt klubu bolqar yarımmüdafiəçi Tomi Kostadinov ilə münasibətləri rəsmiləşdirib.

23 yaşlı hücumameyilli xavbek ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tomi buna qədər vətənində Sofiya ÇSKA-sı, “Bdin”, “Çavdar” və Yunanıstanda “Xanya” klublarının şərəfini qoruyub. Kostadinov Bolqarıstan gənclər yığmasında (U-21) 5 oyuna 1 qol vurmağa da nail olub.
 

Xəbər xətti