"Elfsborq"un baş məşqçisi: "Bəxtimiz gətirdi"

00:34 - 25 İyul 2014

"Rəqibin azlıqda qalması bizim də planlarımıza daxil deyildi"
 
Avropa Liqasının II təsnifat mərhələsində "İnter"ə penaltilər seriyasında qalib gələn "Elfsborq" klubunun məşqçisi Yan Mian oyunla bağlı fikirlərini bölüşüb.
 
Sportal.az qol.az-a istinadən xəbər verir ki, Mian oyundan sonra keçirilən mətbuat konfransında komandasının penaltilərdə bəxtinin gətirdiyini bildirib:

"Belə güclü komanda yaratdığı üçün rəqib baş məşqçini təbrik edirəm. "İnter" yaxşı oyun sərgilədi. Sadəcə penaltilərdə bizim bəxtimiz gətirdi. Rəqibin azlıqda qalması bizim də planlarımıza daxil deyildi. Ona görə oyun ərzində müəyyən dəyişikliklər etdik. Qələbə bizim üçün vacib idi. İsveçi layiqincə təmsil edirik. Deyə bilmərəm, rəqib 11 nəfərlə oynasaydı, nəticə necə olardı".

Qeyd edək ki, penaltilər seriyasında "İnter"ə 4:3 hesabı ilə qalib gələn "Elfsborq" növbəti mərhələyə adlayıb.

Xəbər xətti