"Çixura" - "Bursaspor" matçından sonra ara qarışdı
Avroliqada II təsnifat mərhələsində "Çixura" cavab oyununda "Bursaspor"u penaltilər seriyasında məğlub edərək növbəti mərhələyə yüksəlib.
Sportal.az xəbər verir ki, bu matçdan sonra mətbuat konfransı zamanı ara qarışıb. Belə ki, "Çixura" klubunun baş məqşçisi mətbuat konfrans zalına girən zaman gürcü jurnalistlər türk jurnalistlərlə mübahisə etməyə başladı.
Mübahisə zamanı ara qarışıb, gürcüstanlı jurnalistlər türklərə hücum ediblər, nəticə bir türk jurnalist yaralanıb. Mühafizə xidmətinin araya girməsindən sonra ortalıq sakitləşib.
Qeyd edək ki, "Çixura" Avroliqanın III mərhələsində təmsilçimiz "Neftçi" ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi