Anar Salmanov bir nəfəri meydandan qovdu

12:04 - 25 İyul 2014

8 sarı vərəqə
 
Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Lixtenşteyndə yerli "Vaduts"la Polşanın "Rux" komandası üz-üzə gəlib. Bu qarşılaşmanı azərbaycanlı hakimlər briqadası idarə ediblər. Baş hakim Anar Salmanov idi. Ona yan xətt hakimləri Mübariz Həşimovla Vaqif Musayev kömək edib. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib. Salmanov bu oyunda səkkiz sarı, bir qırmızı vərəqə üçün əlini cibinə atmalı olub. Sarı vərəqələrdən dördü qonaq, bir o qədəri də meydan sahibi olan futbolçuların payına düşüb. Qırmızı vərəqəni isə o, 75-ci dəqiqədə "Vaduts"un oyunçusuna göstərib.

Xəbər xətti