Sportal.az xəbər verir ki, müqavilə imzalanandan sonra 23 yaşlı futbolçu klubun saytına açıqlama verib: "AZAL ilə müqavilə imzaladığıma görə çox şadam. Bura azarkeşlərə xoş anlar yaşatmaq üçün gəlmişəm. Komandam ilə qələbə qazanmaq üçün meydanda var gücümü qoyacam. Qələbə üçün hər şeyimi verməyə hazıram. Yaxşı mövsüm keçirib avrokuboklara qatılmaq istəyirik. Ümid edirəm ki, sonda istəyimizə çata biləcəyik".