"Arsenal" MY- nin futbolçusunu transfer etmək istəyir

12:50 - 25 İyul 2014

Nani “topçular”ın hədəfində

 

“Mançester Yunayted"in yarımmüdafiəçisi  Luiş Nani ilə London klubu"Arsenal" yaxından maraqlanır.

 

Sportal.az xəbər verir ki, "topçular" 27 yaşlı futbolçuya görə 9 milyon funt sterlinqlik təklif göndərməyə hazırdı.

 

Lui Van Qalın yeni mövsüm planlarında Nani yer almır. Bu səbəbdən "qırmızı şeytanlar" da portuqaliyalını satmağa müsbət yanaşır. Lakin mankunyanlar portuqala görə 12 milyon funt sterlinq tələb edir.

 

"Arsenal"dan başqa "Milan" və "Yuventus" da Nanini heyətinə qatmaq istəyir.

Xəbər xətti