UEFA reytinqi açıqlandı

13:28 - 25 İyul 2014

Ölkəmiz 30 –cu sıradadır

 

UEFA-nın əmsallar cədvəli açıqlanıb.

 

Sportal.az xəbər verir ki, avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər olub.

 

Ölkəmiz son 5 mövsümün nəticələrinə əsasən toplanan əmsalını 10,375-ə çatdırıb. Bu isə futbol tariximizdə ən yüksək göstəricinin – ötən mövsümün sonundakı nəticənin təkrarıdır. Göstəricinin bu həddə çatmasında isə “Neftçi”nin qələbəsi rol oynadı. Sloveniyada “Koper”i 2:0 hesabı ilə məğlub edən “ağ-qaralar” ölkəmizə 0,250 xal qazandırdı.

 

Cari mövsüm toplanan 1,500 xalın 0,750-sini isə “İnter” əldə edib. Öz meydanında “Elfsborq”a 0:1 hesabı ilə uduzan komandamız bu rəqəmi artıra bilməyib. “Qarabağ” isə aktivimizə 0,500 xal gətirib.

Xəbər xətti