PSJ Lavezziyə gələn təklifi rədd etdi

14:00 - 25 İyul 2014

Argentinalı komandanı tərk etmir

 

İtaliyanın "Milan" klubu PSJ-nin hücumçusu Ezekiel Lavezziyə təklif göndərib. Lakin Paris təmsilçisi təklifi qəbul etməyib.

 

Sportal.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Loran Blan 29 yaşlı futbolçunun komandada saxlayacaqlarını deyib. Lavezzinin də PSJ-də qalmaq istədiyi bildirilir.

 

Qeyd edək ki, argentinalı futbolçu ötən mövsüm keçirdiyi 42 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə verib.

Xəbər xətti