Dünya çempionatında ölüm qrupundan çıxdı, istefa verdi

15:05 - 25 İyul 2014

Kosta Rika millsinin məşqçisi istefa verib

 

Kosta Rika millsinin kolumbiyalı baş məşqçisi Xorxe Luis Pinto tutduğu vəzifədən istefa verib.

 

Sportal.az xəbər verir ki, 61 yaşlı mütəxəssis Kosta Rika Futbol federasiyası ilə yeni müqavilə imzalamaqdan imtina edib. Ona Venesuela, Peru və Ekvador millilərindən təklif olduğu deyilir.

 

Qeyd edək ki, o Kosta Rika millisini 2014-cü il Dünya Çempionatının 1/4 finalına yüksəltmişdi.

Xəbər xətti