Qeyd edək ki, buna qədər Con yalnız Cənubi Amerikada top qovub. Venesuelanın “Deportivo Lara”, “Deportivo Petare”, “Samora”, “Truxilyanos”, Boliviyanın “Bolivar” klublarının şərəfini qoruduqdan sonra o vətəni Kolumbiyada “Deportivo Kukuta” və “Amerika de Kali”nin formasını geyinib.
Xatırladaq ki, o, AZAL yay “transfer pəncərəsi”ndə heyətinə qatdığı sayca 9-cu futbolçu oldu. Daha öncə Asif Mirili, Stanislav Namaşko, Luis Ramos, Tomi Kostadinov ilə müqaviləyə bağlanılıb. Novruz Məmmədov və Orxan Lalayev “Rəvan”dan, Eltun Yaqublu ilə Təmkin Xəlilzadəni isə “Qarabağ”dan icarəyə götürülüb.