AZAL Türkiyə klubunu məğlub etdi

22:20 - 25 İyul 2014

Klub yeni mövsümə ciddi səylə hazırlaşır
 
Hazırlıqlarını Türkiyədə davam etdirən AZAL növbəti yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Türkiyənin "Antalyaspor" klubu ilə qarşılaşıb. Oyun "təyyarəçi"lərin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
Qeyd edək ki,AZAL Türkiyədəki yoxlama oyunlarında ilk məğlubiyyətini "Balıkəsir" komandasına qarşı alıb 1-2. "Təyyarəçilər" Türkiyə toplanışı çərçivəsində daha öncə İran U-21 (2:2) və “Mersin İdman Yurdu” (2:1) ilə qarşılaşmışdı.

Xəbər xətti