"Xəzər Lənkəran"dan Futbol Federasiyasına şikayət məktubu

01:00 - 26 İyul 2014

Sadionun geri qayıtması tələb olunub
 
"Xəzər Lənkəran" hələ də Sadio Tounkara ilə bağlı problemi çözə bilməyib.

Sportal.az xəbər verir ki, FİFA-nın ardından Lənkəran klubu futbolçunun vətəni olan Mali Futbol Federasiyasına da şikayət məktubu göndərib.

Məktubda futbolçunun qanunsuz olaraq klubun toplanışından yayındığı qeyd olunub və eyni zamanda futbolçunun tapılaraq "Xəzər Lənkəran"ın düşərgəsinə göndərilməsi üçün Mali Futbol Federasiyasının da hərəkətə keçməsi tələb olunub.

 

Xəbər xətti