Gekas geri dönür
Yunan forvard "Akhisar Bələdiyəspor”a keçib.
Sportal.az xəbər verir ki, yunan hücumçu Teofanis Gekas Türkiyənin "Akhisar Bələdiyəspor” klubuna transfer olub. Ötən mövsüm "Konyaspor”da forma geyən forvard 1 illik aranın ardından yenidən Manisa təmsilçisində çıxış edəcək.
Klubun rəsmi açıqlamasında Gekasla 2 illik müqavilə imzalandığı deyilib.
Qeyd edək ki, Teofanis Gekas ötən mövsüm çıxdığı 24 matçda 13 dəfə rəqib qapılarına yol tapıb.
saytlarin hazirlanmasi