Komanda sabah növbəti oyununa çıxır
"Xəzər Lənkəran" klubunun əvəzedici heyətinin Gürcüstanda təlim məşq toplanışında olduğunu xəbər vermişdik.
Sportal.az xəbər verir ki, Elbrus Məmmədovun başçılıq etdiyi komanda növbəti yoxlama görüşündə qüvvəsini sınayıb. Birinci liqa təmsilçisi "Qaqra" ilə üz-üzə gələn "Xəzər Lənkəran" 0:0 hesablı heç-heçəyə nail olub. Cənub klubunun sonuncu yoxlama görüşündə rəqibi də müəyyənləşib. Komanda sabah Suxumi "Dinamo"su ilə üz üzə gələcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" buna qədər "Sioni" və "Stu" klubları ilə üz üzə gəlib.
saytlarin hazirlanmasi