"Xəzər Lənkəran"da yeni transfer sıradan çıxdı

11:06 - 28 İyul 2014

Futbolçunun zədəsi ciddi deyil
 
"Xəzər Lənkəran" dünən Sloveniyada təlim məşq toplanışı zamanı "Arsenal" (Tula) ilə son yoxlama oyununu keçirib.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, komandanın yeni transferi Qallin İvanov oyunu zədələnərək yarımçıq tərk edib. Futbolçunun hazırda zədəsi elə də ciddi deyil və bu gün yüngül fərdi məşqlərlə kifayətlənəcək.

Xəbər xətti