"Zalsburq" sabah Bakıya gəlir və saat 23:00-da məşq edəcək

14:45 - 28 İyul 2014

Komanda səhər saatlarında Avstriyanı tərk edir
 
Avstriyanın "Zalsburq" klubu sabah Azərbaycana gələcək.
 
Sportal.az xəbər verir ki, klubun futbolçu və məşqçi heyəti saat 12:00-da Azərbaycana yola düşəcək.

Axşam saat 23:00-da qonaq komandanın oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxması gözlənilir. Məşq saatyarım davam edəcək.

Qeyd edək ki, "Zalsburq"un "Qarabağ"la ilk oyunu iyulun 30-da keçiriləcək.

Xəbər xətti