Kərimovun yeni komandası bəlli oldu
"Qəbələ" klubunun əlcək sahibi Elnar Kərimov karyerasını Türkiyədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, 29 yaşlı qapıçı Türkiyənin aşağı liqa təmsilçilərindən olan "Serhat Adanaspor"a transfer olub. Danışıqları Azərbaycanda aparan menecerlər Mehmet Kayrim və Adəm Tərzioğlu arasında razılıq əldə olunub və Elnar müqaviləyə qol çəkib.
Qeyd edək ki, son olaraq, “Karvan”da çıxış etmiş qapıçının karyerasının əsas hissəsi “Qəbələ” ilə bağlıdır.
saytlarin hazirlanmasi