"Zolaqlılar" hazırlığını davam etdirir
“Bakı” klubu mövsümə hazırlıq çərçivəsində ikinci yoxlama görüşünü keçirib.
Sportal.az xəbər verir ki, "zolaqlılar" yeni yaradılmış və birinci divizionda yarışacaq “Zirə” ilə üz-üzə gəlib. “Bakı” klubunun bazasında reallaşan oyun elita klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Bakı” bundan öncə “Şahdağ”ı 3:1 hesabı ilə üstələmişdi.
saytlarin hazirlanmasi