"Xəzər Lənkəran" Gürcüstan təmsilçisini məğlub etdi
01:44 - 31 İyul 2014
Komanda hazırlığı davam etdirir
"Xəzər Lənkəran"ın əvəzedicilərdən ibarət komandası Gürcüstandakı təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, sözügedən komanda növbəti sınaq matçında qələbə qazanıb.
Gürcüstanın aşağı liqa təmsilçisi "Dinamo" (Suxumi) ilə qarşılaşan gənclər 3:1 hesabı ilə qələbə qazanıb. Qolları Nurxan Mənsimzadə (2) və Maqsum Qəmbərli vurublar.