Mütəxəssis iki futbolçu üçün gəlir
Türkiyə milli komandasının sabiq baş məşqçisi, məşhur çalışdırıcı Şenol Günəş Azərbaycandadır. Hazırda “Bursaspor”a rəhbərlik edən çalışdırıcı bu gün “Baksell Arena”da keçiriləcək “Neftçi” – “Çixura” matçını canlı izləyəcək.
Sportal.az xəbər verir ki, Günəş bir neçə gün öncə uduzub, mübarizədən kənarda qaldığı “Çixura”nın iki futbolçusunu izləyir. Bakıda həmin futbolçuları canlı izləyəcək məşqçi oyunçularla bağlı yekun qərarını verəcək.
Qeyd edək ki, “Neftçi” – “Çixura” oyunu bu gün saat 20:00-da başlanacaq.
saytlarin hazirlanmasi