AFFA başsağılığı verdi

19:20 - 1 Avqust 2014

Bu gün Azərbaycan futbolunda itki baş verib
 
Ələkbər Məmmədov bu gün dünyasını dəyişib.
 
Sportal.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) görkəmli futbol nümayəndisinin ölümü ilə bağlı başsağlığı verib.
 
"Azərbaycan futbolunun görkəmli nümayəndələrindən biri, əməkdar idman ustası, əməkdar məşqçi, Azərbaycan milli komandasının sabiq baş məşqçisi, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, "Şöhrət" ordenli porofessor Ələkbər Məmmədov vəfat edib. AFFA-nın kollektivi futbol ictimaiyyəti adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"

Xəbər xətti