Əli Gökdəmir Azərbaycan klubunda

15:18 - 2 Avqust 2014

Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmir “Simurq”la müqavilə imzaladı

 

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmirin karyerasını "Simurq"da davam etdirəcəyi dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, Almaniyanın "Hannover" klubunun sabiq futbolçusu artıq yeni klubu ilə müqavilə də imzalayıb. Klub prezidenti Anar Bəkirovun verdiyi məlumata görə, onunla iki illik anlaşıblar.

 

Qeyd edək ki, Əli Gökdəmir "Simurq"un Səudiyyə Ərəbistan təmsilçisi "Əl-Sadd" ilə yoxlama oyununda debüt etməyə də imkan tapıb.

Xəbər xətti