Cənub təmsilçisi yeni mövsümə start verir
Klub ilk turda Bakıda AZAL ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran" Sloveniya toplanışını başa vurduqdan sonra qısamüddətli istirahətin ardından məşqlərini bərpa edib. Məşqə bütün heyətlə qoşulan klub ilk oyun üçün hazırlıqları Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirir.
Qeyd edək ki, AZAL - "Xəzər Lənkəran" oyunu avqustun 9-da 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi