"Bakı"nın sabiq futbolçusu Yunanıstan klubunda

13:38 - 3 Avqust 2014

Deyvidas Çesnauski Yunanıstan çempionatnda

 

"Bakı"nın sabiq futbolçusu Deyvidas Çesnauski karyerasını Yunanıstanda davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, o, Super Liqa təmsilçisi "Erqotelis"lə anlaşıb. Yaxın günlərdə bu transferin rəsmən açıqlanması gözlənilir.

 

Qeyd edək ki, Çesnauski əvvəllər də Yunanıstanda çıxış edib. O, "İraklion" və "Aris"in formasını geyinib. "Bakı"da 2011/12 mövsümündən çıxış edən futbolçu bu yay komandamızdakı maliyyə problemləri səbəbindən Azərbaycandan ayrılmışdı.

Xəbər xətti