Bakıda nəhəng idman kompleksinin adı dəyişdirildi

21:00 - 6 Avqust 2014

"Heydər Əliyev adına idman konsert kompleksi"nin adı dəyişdirilib

Nəhəng arena "Bakı2015" Avropa Oyunları üçün yenidən təmir edilir.

Sportal.az xəbər verir ki, arena 2014-cü ilin dekabr ayına kimi istifadəyə veriləcək. Arena istifadədən sonra yeni "Heydər Əliyev Arena" adlandırılacaq.

Qeyd edək ki, ilk Avropa yay oyunları çərçivəsində bu arenada Güləş və Cüdo idman növləri arasında yarış keçiriləcək. Arena 7800 tamaşaçı tutumuna malik olacaq.

 

Xəbər xətti