"Fəxr edirəm ki, 8 il millinin kapitan sarğısını daşımışam"
Fil Dişi Sahili yığmasının forvardı milli komanda ilə bağlı qərarını açıqlayıb. Sportal.az xəbər verir ki, o, daha millidə çıxış etməyəcək.
“Kədər hissi ilə deyirəm ki, daha yığmada çıxış etməyəcəyəm. 12 illik milli karyeramda çox xoş anlar yaşamışam. İlk gündən çalışmışam ki, millidə var gücümlə çıxış edim.
Fəxr edirəm ki, 8 il millinin kapitan sarğısını daşımışam. Kapitan sarğısı ilə millini 3 dünya çempionatına, 2 dəfə də Afrika Millətlər Kubokuna çıxarmışam. Azarkeşlərə təşəkkür etmək üçün söz tapa bilmirəm. Bütün qələbələrim, bütün qolarım məhz sizin üçün olub. Hamınızı sevirəm.
Mənimlə çiyin-çiyinə oynamış komanda yoldaşlarıma təşəkkür edirəm. Yeni baş məşqçiyə də uğurlar arzulayıram”- deyə Droqba “Tvitter” səhifəsində yazıb.
Qeyd edək ki, milli komandada 104 oyunda meydana çıxan Droqba 65 qolla yığmanın ən sərrast futbolçu olub.
saytlarin hazirlanmasi