"Ayaks" məşhur futbolçuya göz dikib

14:30 - 9 Avqust 2014

Hollandiya təmsilçisi heyətini gücləndirmək istəyir

 

“Ayaks” Samuel Etonu transfer etmək niyyətindədir.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyi futbolçu ilə danışıqlara başladığını bildirib. Demək olar ki, Eto Hollandiya təmsilçisinə transfer olmağa razılıq verib.

 

Kamerunlu hücumçu kariyerası ərzində "Real Madrid",  "Malyorka", "Barselona", "İnter",  "Anji" və "Çelsi" kimi klubların heyətində çıxış edib.

 

Qeyd edək ki,  kamerunlu hücumçu ötən mövsüm İngiltərə təmsilçisi "Çelsi"nin heyətində çıxış etmişdi. Futbolçunun komandadan ayrılma səbəbi isə baş məşqçi Joze Maurinyo ilə probleminin olması idi.  

Xəbər xətti