Andrey Bal 56 yaşında vəfat etdi
Ukrayna futbolunun əfsanələrindən sayılan Kiyev “Dinamo”sunun veteran futbolçusu Andrey Bal vəfat edib.
Sportal.az xəbər verir ki, vaxtı ilə SSRİ yiğmasının aparıcı futbolçularından sayılan Bal 56 yaşında heyatla vidalaşıb.
1982-ci ildə SSRİ yığma komandasının heyətində dünya çempiuonatında çıxış edən futbolçu vaxtı ilə gənclər yığmasında dünya və Avropa çempionu adını qazanıb. Kiyevin “Dinamo” klubunda çıxış edən futbolçu dörd qat SSRİ çempionu və ölkə kubokunun sahibi olub.
saytlarin hazirlanmasi