Futbolçu karyerasını başa vursa da o meydanda dünyasını fəyişdi
Ukraynalı məşqçi Andrey Bal stadionda futbol oynayarkən 57 yaşında ölüb.
Sportal.az xəbər verir ki, Andrey Bal karyerasının çox hissəsini Kiyev "Dinamo"sunda keçirib. Keçmiş sovet və Ukrayna futbolçusu Andrey Bal müdafiəçi və yarımmüdafiəçi mövqelərində oynayıb.
Son zamanlar Bal Kiyev "Dinamo"sunda idman direktorunun köməkçisi işləyirdi.
2012-ci il oktyabrın 6-dan 17-dək Oleq Bloxinin istefasından sonra Andrey Bal Ukraynanın əsas yığmasının məşqçisi olub.
saytlarin hazirlanmasi