"Qarşımıza qələbə qazanmaq məqsədi qoymuşduq"
Premyer Liqanın ilk turunda AZAL doğma meydanda “Xəzər Lənkəran”la qarşılaşdı. İkinci hissədə rəqibi qarşısında azlıqda qalan “təyyarəçilər” Tomi Kostadinovun qolu ilə 1 xalı xilas edə bildi – 1:1.
Tərlan Əhmədov, AZAL klubunun baş məşqçisi:
“İlk oyunda komandada həyəcan hiss olunurdu. Qarşımıza qələbə qazanmaq məqsədi qoymuşduq. Komandada yeni futbolçu çoxdur, uyğunlaşma dövrü keçirlər. Tomi Kostadinovun viza problemi olduğundan yalnız son 3 gündə bizə qoşula bilib. Çatışmazlıqlarımız çoxdur, əsasən hücum xəttini gücləndirməliyik. İrəli xəttdə top saxlaya bilməməyimizdən rəqib istifadə edirdi, üstünlüyə yiyələndi.
Marafon uzundur, yolumuz ağırdır. Növbəti oyunlara baxmalıyıq. Bu günlərdə düşərgəmizə iki hücumçu gəlməlidir.
“Xəzər Lənkəran”ın son oyunlarına baxmışdıq. O oyunlardan indiyə rəqib çox artırıb. Hücum xəttində ən təhlükəli futbolçusu Rauf Əlyevdir. Əksər təhlükəli epizodları standart vəziyyətlərdən yaradırlar. Müqayisə etsək, bu “Xəzər Lənkəran” ötən mövsümdəkindən daha güclüdür ”.
saytlarin hazirlanmasi