"Fənərbağça"nın transfer edə bilmədiyi futbolçu "Beşiktaş"ın gündəmində

14:35 - 10 Avqust 2014

“Qara qartal” Belhandanı heyətinə qatmaq istəyir 

 

Çempionlar Liqaında uğurla irəliləyən “Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin hədəfindəki futboçu “Dinamo Kiyev”in üzvü Belhandadır. Türkiyə nəhəngi futbolçuya görə 7 milyon avro ödəməyə hazırdır.

 

Qeyd edək ki, digər İstanbul təmsilçisi “Fənərbağça”da  Belhandanı heyətinə qatmaq istəmiş, lakin keçid reallaşmamışdır.

Xəbər xətti