“Barsa” Afellayı yenə icarəyə verdi
Ötən mövsümü icarə əsasında Almaniyanın “Şalke” klubunda keçirən İbrahim Afellay özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, “Barselona”ya məxsus hollandiyalı yarımmüdafiəçi kariyerasını Yunanıstanda davam etdirəcək. Katoloniya klubu futbolçunu “Olimpiakos”a icarəyə verib. Bir il müddətində Afellay özünü doğruldarsa yunanlar onunla müqaviləni daha iki il artıracaqlar.
Qeyd edək ki, 2010 -cu ildə PSV dən “Barselona”ya keçen Afellay kataloniyalıların heyətində 35 oyun keçirib. Lakin zədə səbəbindən xeyli müddət yaşıl meydanlardan kənarda qalan futbolçu əsas heyətə düşməkdə çətinlik çəkib.
saytlarin hazirlanmasi