"Bakı" AFFA-ya şikayət etdi: "Qarabağ" transfer etdiyi futbolçulara görə təzminat ödəməlidir

15:25 - 10 Avqust 2014

AFFA-dan müsbət cavab gəlməyəcək  

 

Maliyyə böhranı ilə üzləşən “Bakı”da “yarpaq tökümü” davam edir. Daha 2 futbolçu – Şəhriyar Əliyev və Namiq Ələsgərov da klubu tərk edib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, “Qarabağ”a keçən hər iki futbolçu AFFA-nın köməyi ilə azad agent statusu alıb. Məsələ burasındadır ki, həm Şəhriyar, həm də Namiq “Bakı”nın yetirməsi olduğu üçün onlara görə təzminat ödənməli idi.

 

Saytımıza açıqlama verən “Bakı”nın icraçı direktoru Yaşar Seyidov da məsələ ilə bağlı AFFA-ya müraciət etdiklərini dedi:

 

“Bu futbolçular “Bakı” Futbol Akademiyasının yetirmələridir. Başqa kluba keçdikləri halda onları yetişdirən kluba təzminat ödənilməlidir. Mühasibatlığa tapşırmışıq ki, bu illər ərzində həmin futbolçulara yatırdığımız pulların qədəri hesablansın və buna uyğun olaraq faiz dərəcəsi ilə onlara görə alacağımız təzminatın nə qədər təşkil etməsi müəyyənləşsin.

 

Artıq bu məsələ ilə bağlı AFFA-ya da müraciət etmişik.  Yaxın günlərdə bu məsələ həllini tapacaq”.

 

Lakin bizdə olan məlumata görə, AFFA-dan müsbət cavab gəlməyəcək. “Bakı”nın AFFA-ya borclandığını, klubun mövqeyi nəzərə alınmadan Rauf Əlliyev, Əfran İsmayılov, Şəhriyar Əliyev və Namiq Ələsgərov kimi futbolçulara azad agent statusu verildiyindən də bunu təxmin etməlk olar. 

Xəbər xətti