Ələkbər Məmmədov "Dinamo" - "Spartak" matçında anıldı

16:27 - 10 Avqust 2014

Ruslar Ələkbər Məmmədovu unutmadı

Azərbaycanlı futbol veteranı Ələkbər Məmmədov Rusiyada da anılıb. 

Sportal.az xəbər verir ki, Premyer Liqanın 2-ci turu çərçivəsində keçirilmiş "Dinamo" - "Spartak" oyunu məşhur futbolçumuzun ölümü ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.

Bununla "Dinamo" keçmiş futbolçusu olmuş həmyerlimizin xatirəsini anıb.

Qeyd edək ki, Məmmədov 1954-1959 illərdə məhz Moskva "Dinamo"sunda oynayıb. O, Moskva klubunun əfsanəvi futbolçularından hesab olunur.

Xəbər xətti