İbrahim Uzunca: "Bakı"nı bu vəziyyətdən çıxarmağa çalışacağıq"
Xəbər verdiyimiz kimi, Hafiz Məmmədov dünən “Bakı” klubunun futbolçu və məşqçi heyəti ilə görüşüb. Həmin yığıncaqda İbrahim Uzuncanın baş məşqçi kimi təsdiqlənib.
Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, Uzunca “Bakı”nı vəziyyətdən çıxarmağa çalışacaq:
“Hər birimiz üçün xeyirli olsun. “Bakı” kimi klubun baş məşqçisi olmaq şərəfdir. Məşqçi korpusun tam tərkibi hələ bəlli deyil. Bu məsələyə yaxın günlərdə aydınlıq gələcək. Bizim məqsədimiz yaxşı komanda formalaşdırmaqdır. Hələ ki, əvəzedici heyətə də mən baxacağam. İki gün sonra əvəzedici heyətin baş məşqçisi də müəyyənləşəcək. Bundan sonra da biz zəncirvari şəkildə çalışacağıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.
saytlarin hazirlanmasi